
Son zamanlar Azərbaycanla Kollektiv Qərb arasında yaranan gərginlik getdikcə artmaqdadır.
Xüsusilə, ABŞ Konrresi və Nümayəndələr Palatasının 60-dan yuxarı təmsilçisinin ölkəmizə sanksiya tətbiq etməsinə dair Dövlət Katibinə müraciət etməsi rəsmi Bakının sərt reaksiyasına səbəb olub.
Məsələyə dərhal reaksiya verən Prezident İlham Əliyev ABŞ-ın mövcud hökumətini sərt ifadələrlə tənqid edib.
Ötən illərin təcrübəsinə istinad etsək, görərərik ki, Bakının du dəfə sərt reaksiyasına ciddi əsaslar olub.
Söhbət insan hüquqları mövzuları ilə yanaşı , Qarabağda yaşayan erməniləri guya zorla köçürməyimiz, ümumiyyətlə bu bölgənin sanki ermənilərə məxsus olduğu və bizim oranı işğal etməyimizə dair sətiraltı ifadələr oldu.
Bir təfədən Azərbaycanın ərazi bütövlüyünü tanıyan Qərb, digər tərəfdən dövlətimizi öz ərazi bütövlüyünü təmin etdiyinə görə ittiham edir.
Azərbaycanda insan haqları problemləri var və bu ciddidir. Bunu danmaq mümkün deyil. Ölkədə çoxsaylı siyasi məhbusun mövcudluğu da günümüzün reallığıdır.
Amma bu mövzu ilə yanaşı Qarabağda fəaliyyətinə son verilən separatçı rejimin qeydinə qalmaq haqlı olaraq Azərbaycanı məhz insan haqları mövuzusundakı dialoqlardan da çəkindirir.
Bu həm də Qərbin Azərbaycanda insan haqları problemlərinin həlli üçün səylərini də kölgə altına salır.
Kollektiv Qərbin Paşinyan hökumətindən daha çox Qarabağdakı ermənilərin qeydinə qalması açıq görünür.
Bu arada AŞ PA-nın payız sessiyasında Azərbaycanın iştirakı olmadan ölkəmizdə insan haqlarının durumunu tənqid etməsi və Avropanın bir sıra nüfuzlu qurumlarından Bakıya qarşı ittihamlar da artmağa başlayıb.
Bu təzyiqlər bizi nəyə vadar edir?
İlkin məlumatlara görə, Azərbaycan siyasi rəhbərliyi artıq ölkənin Milli Təhlükəsizlik Konsepsiyasına yenidən baxmaq barədə düşünür.
Gözlənilir ki, Milli Məclis Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasında elan edilən Avropa və Avro-Atlantik strukturlara inteqrasiyadan imtina barədə dəyişikliyi qəbul edəcək.
Qeyd edək ki, mövcud qüvvədə olan konsepsiyada yazılır:
Azərbaycan Respublikası Avropa və Avro-Atlantik siyasi, təhlükəsizlik, iqtisadi və digər strukturlara inteqrasiya strateji məqsədini güdür. Azərbaycan Respublikası Avro-Atlantik strukturlarla tərəfdaşlığı bütövlükdə Avro-Atlantik məkanda ümumi təhlükəsizliyə, iqtisadi inkişafa və demokratiyaya dəstək verəcək vasitə kimi görür. Azərbaycan Respublikası Avropa və Avro-Atlantik məkanda qeyri-sabitliyin, münaqişələrin və təhdidlərin aradan qaldırılmasında NATO ilə birgə işləyir və təhlükəsizliyin bölünməzliyi prinsipinə zidd coğrafi və siyasi ayrı-seçkilik olmadan Avropa və yerləşdiyi regionda vahid təhlükəsizlik sisteminin qurulması yükünü bölüşmək əzmindədir.
Pərviz Həşimli
Gununsesi.info