Hakan Fidan: İran - İsrail müharibəsi hər an başlaya bilər!

  • By Günel
  • 17 Oktyabr 2024 22:26

İran və İsrail arasında müharibə ehtimalı çox yüksəkdir.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan “Haber Qlobal” televiziyasının canlı yayımında deyib.

“Bir tərəfdə Fələstin-Qəzza soyqırımı, digər tərəfdə Livan, üstəlik İranla mümkün müharibə ehtimalı var. Hamısının fərqindəyik”, – deyə nazir bildirib.

Gununsesi.info