Tovuzda ana və oğlu dəm qazından zəhərləndi

  • By Günel
  • 17 Oktyabr 2024 23:54

Tovuz rayonunda 2 nəfər dəm qazından zəhərlənib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Abulbəyli kəndində baş verib.

Belə ki, 1982-ci il təvəllüdlü Ü.İsmayılova və övladı 2011-ci il təvəllüdlü R.Məmmədov dəm qazından zəhərlənib.

Onlar Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar, vəziyyətləri kafi qiymətləndirilir.

Gununsesi.info