Binanın yuxarı mərtəbəsindən eyvana yıxılan şəxs belə xilas edildi - VİDEO

  • By Günel
  • 17 Oktyabr 2024 19:32

Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə ünvanında vətəndaş köməksiz vəziyyətdə qalıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş doqquzmərtəbəli yaşayış binasında yuxarı mərtəbədən binanın 2-ci mərtəbəsində yerləşən mənzilin eyvanına yıxılaraq köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər köməksiz vəziyyətdə qalmış vətəndaşı mənzilin qapısının bağlı olması səbəbindən xərəklə eyvandan düşürərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Gununsesi.info