
“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” Şuşa şəhərində D-3 yaşayış massivində nəzərdə tutulan yaşayış binalarının tikinti işlərinin satınalınmasına başlayıb.
Gununsesi.info xəbər verir ki, 1-ci mərhələdə 10 binanın tikilməsi nəzərdə tutulub. İşlərin ehtimal olunan qiyməti 49 milyon 129 min 815 manatdır.
Təkliflərin son təqdim olunma tarixi iyulun 17-dir.