
Rusiya Təhlükəsizlik Şurasının baş katibi Şoyqu İstanbulun Qara dəniz Taxıl Sazişindən tutmuş Ukrayna danışıqlarına qədər olan prosesdə beynəlxalq diplomatiyanın əsas platformasına çevrildiyini bildirib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının baş katibi Sergey Şoyqu İstanbulun beynəlxalq arenada artan diplomatik roluna diqqət çəkib.
Moskvada təhlükəsizlik toplantısında çıxış edən Şoyqu Türkiyənin son illərdə regional böhranlarda əsas vasitəçiyə çevrildiyini bildirib.
O, İstanbulun ev sahibliyi etdiyi görüşlərin, xüsusilə Qara Dəniz Taxıl Təşəbbüsü çərçivəsində aparılan danışıqların qlobal ərzaq təhlükəsizliyi baxımından mühüm rol oynadığını vurğulayıb.
Şoyqu “İstanbul platforması Qara dəniz taxıl sazişi və indi Rusiya -Ukrayna danışıqları kimi bütün sahələrdə əsas danışıqlar platformasına çevrilir ” deyib.
Danışıqların təhlükəsiz və konstruktiv şəraitdə davam etməsi üçün Türkiyənin böyük səy göstərdiyini vurğulayan Şoyqu, “Ankara, nümayəndə heyətlərinin işləməsi üçün təhlükəsizliyin təmin edilməsi də daxil olmaqla, əhəmiyyətli səylər göstərdi” , – deyə bildirib.
Orxan