Dünya çempionatı: Serbiya 1/4 finala vəsiqə qazanıb

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının 1/8 final mərhələsinin son matçı keçirilib.

Gununsesi.info xəbər verir ki, Serbiya komandası Gürcüstan üzərində qələbədən sonra növbəti mərhələyə vəsiqə qazanıb.

Milli Gimnastika Arenasında baş tutan matçda Serbiya rəqibini 3:2 hesabı ilə üstələyib.

Qeyd edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq.

Gununsesi.info