
Yunanıstanda əməliyyat keçirən Yunan kəşfiyyatının üzvləri güllələnib. Hücumun arxasında “Daltonlar” dəstəsinin dayandığı bildirilir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Yunanıstanın Saloniki şəhərində gizli müşahidə əməliyyatı zamanı Yunan kəşfiyyatının üzvləri güllələnib.
Yunan mətbuatında çıxan ilk xəbərlərdə atəş açanların türk olduğu bildirilirdi. Daha sonra bu şəxslərin Dalton bandasının üzvləri olduğu bildirilib.
Yunan kəşfiyyatının izlədiyi şəxslərdən ən azı üçünün Türkiyədən Yunanıstana narkotik ticarəti və Yunanıstanda həyata keçirilən “ölüm müqavilələri” ilə məşğul olduğu iddia edilir.
Yunan mətbuatının yazdığına görə, bu şəxslərin həm də qətl, qəsb, narkotik və silah alveri ilə məşğul olduqları iddia edilir.
Məlumatlara görə, üç hücumçu 2023-cü ilin sentyabrında Lutsada baş verən atışmada altı üzvü öldürülən dəstənin əməliyyat üzvləri kimi təsvir edilir.
Yunan kəşfiyyatının bu gün səhər saatlarından etibarən Saloniki və Komotinidə 6 türkü saxladığı bildirilib. Lakin həmin şəxslərin hücumla heç bir əlaqəsi olmadığı və narkotik vasitələrin tədarükünə görə saxlanıldıqları açıqlanıb.
Orxan