Amerika bayrağı Dəməşqə qayıdır

ABŞ-nin Suriya üzrə elçisi Barak Trampın “Suriyanın terroru dəstəkləyən ölkə olmadığını bəyan edəcəyini” açıqlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin Suriyadakı səfiri və Türkiyənin səfiri Tomas Barak Suriyaya ilk rəsmi səfərini edir.

Barak 2012-ci ildə səfirliyin bağlanmasından sonra ilk dəfə Dəməşqdəki səfirlik iqamətgahı üzərində Amerika bayrağını qaldırıb.

Barak burada verdiyi açıqlamada, “ABŞ prezidenti Donald Tramp Suriyanın terroru dəstəkləyən bir ölkə olmadığını bəyan edəcək” deyib.

Səfir bildirib ki, Amerikanın niyyəti və Trampın baxışı Suriyanın gənc hökumətinə müdaxilə etmədən şans verməkdir.