Azərbaycanda professor müşavir təyin edildi

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoruna yeni müşavir təyin edilib.

Gununsesi.info-nun məlumatına görə, bu vəzifəyə fizika-riyaziyyat elmləri doktoru professor Məsud Əfəndiyev gətirilib.

Professor Məsud Əfəndiyev  Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) və Moskva Dövlət Universitetində təhsil alıb, Almaniyanın Münhen, Ştutqart və Berlin universitetlərində dərs deyib.

Hal-hazırda dünyanın aparıcı universitetlərində, o cümlədən Stanford, CalTech, Waseda, UofT, Waterloo, Şanxay, Sidney, Münhen Texniki Universitetlərində, o cümlədən Riyaziyyatın “Məkkəsi” sayılan və Kanadanın Toronto şəhərində yerləşən Fields İnstitutunda “Distinguished Visiting Professor” statusunda fəaliyyət göstərir və tematik proqramlara rəhbərlik edir.

O, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.

 

 

Gununsesi.info