İtaliya şahzadəsi Mariya Karolina ölümdən çətinliklə xilas olub

İtaliya kral ailəsinin üzvü olan şahzadə Mariya Karolina motosiklet qəzasından sonra reanimasiyada müalicə olunub.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Şahzadə Carlo di Borbone delle Due Sicilie və Princess Camilla-nın böyük qızı, 21 yaşlı şahzadə Mariya Karolina mayın 28-i çərşənbə günü Instagram hesabında xəstəxanada çəkdirdiyi şəkilləri paylaşıb.

Yaşadığı bədbəxt hadisəni izah edən şahzadə Mariya Karolina bu ifadələri işlətdi:

“Yaşadığım üçün özümü inanılmaz dərəcədə şanslı hiss edirəm. Bu qəzadan sağ çıxmağım tam bir möcüzə idi. Motosiklet sürərkən həmişə tam qoruyucu vasitələrdən, xüsusən də keyfiyyətli dəbilqədən istifadə edin. Dəbilqə həyatımı xilas etdi.”

İtaliya şahzadəsi Mariya Karolina ölümdən qayıdır - 1

Şahzadə Mariya Karolinanın paylaşımında dəbilqə ilə poza və boyunbağı ilə uzanmış vəziyyətdə çəkilmiş şəkillər də yer alıb. 

İtaliya şahzadəsi Mariya Karolina ölümdən qayıdır - 2

Ömrünün çox hissəsini Paris, Monte Karlo və Romada keçirən gənc aristokrat qəzadan cəmi bir neçə gün əvvəl Monakoda bir tədbirə qatılmışdı. Kral ailəsinin rəsmi saytında verilən məlumata görə, bir çox xeyriyyə təşkilatlarında fəal iştirak edən Şahzadə Passion Sea adlı ekoloji layihənin səfiri kimi xidmətini davam etdirir.

Gununsesi.info