Cənubi Koreyada qəzaya uğrayan təyyarə qəzasının detalları

Xəbər verdiyimiz kimi, Cənubi Koreyada Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, qəzaya uğrayan təyyarədə 4 nəfərin olduğu bildirilib. Təyyarənin qalıqları arasından iki nəfərin cansız cəsədi tapılıb.

Cənubi Koreyanın yerli Yonhap Xəbər Agentliyi yanğından mühafizə orqanlarına istinadən xəbər verir ki, təyyarə ölkənin cənubundakı Pohang şəhərində qəzaya uğrayıb. Qəzaya uğrayan təyyarənin dəniz qüvvələrinə məxsus təyyarə olduğu bildirilib.

Pohang şəhər hökumətinin rəsmisi bildirib ki, qəza gecə saat 13:50 radələrində baş verib.

Orxan

Gununsesi.info