Ukrayna Rusiyaya atəşkəs şərti ilə: “Sənədi çatdırdıq”

Ukraynanın müdafiə naziri Rüstəm Umerov atəşkəsin yaradılması üçün hazırlanacaq memorandumla bağlı Ukrayna tərəfinin mövqeyini əks etdirən sənədi Rusiyaya göndərdiklərini açıqlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Rustem Umerov, X hesabından verdiyi açıqlamada, mayın 16-da İstanbulda keçirilən sülh danışıqları nəticəsində Rusiyanın atəşkəslə bağlı memorandum hazırlamasını gözlədiklərini söylədi.

Rusiyanın prosesi uzatmağa çalışdığını bildirən Umerov, “Təəssüf ki, Rusiya tərəfi bu prosesi uzatmağa çalışdı, lakin təzyiqlər təsirli oldu” deyib.

Umerov, ABŞ prezidenti Donald Tramp, Ukrayna prezidenti Vladimir Zelenskinin və bəzi Avropa liderlərinin “sərt bəyanatlarından” sonra Rusiyanın sənəd üzərində işini başa çatdırdığını açıqladığını bildirib və əlavə edib: “Lakin onlar sənədin çatdırılmasını gecikdirirlər”. 

Umerov Ukrayna tərəfinin memorandumla bağlı mövqeyini əks etdirən sənədi Rusiya prezidenti Vladimir Putinin müşaviri və İstanbul danışıqlarında Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinskiyə göndərdiklərini qeyd edərək, “Onlar bu sənədi alıblar” deyib.

Orxan

Gununsesi.info