
Rusiyada 8-ci və 9-cu sinif şagirdləri üçün yeni kurikulumda İHA texnologiyası artıq məcburi fənn kimi tədris olunacaq. Məqsəd 2030-cu ilə qədər 1 milyon İHA operatorunun hazırlanmasıdır.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Rusiyada pilotsuz uçuş aparatlarının (PUA) istifadəsi ilə bağlı məlumatlar indi məktəb proqramına daxil edilmişdir.
Ölkədə nəşr olunan yeni dərslik gəncləri dron texnologiyası və onun istifadə sahələri haqqında maarifləndirəcək. Bu kitab rəsmi təhsil proqramı çərçivəsində tələbələrə oxunacaq.
Bununla əlaqədar olaraq, artıq ölkə üzrə 8-ci və 9-cu siniflərdə texnologiya kurslarının bir hissəsi kimi dron texnologiyası tədris olunacaq.
Rusiyanın Təhsil Nazirliyi aprelin 30-da ABŞ-nin sanksiyaları altında olan dron istehsalçısı Geoscan tərəfindən istehsal olunmuş dərsliyi təsdiqləyib. Dərslik onilliyin sonuna kimi 500-dən çox məktəb və 30 universitetdə 1 milyon pilotsuz uçan aparat operatorunun hazırlanması üzrə milli planın bir hissəsidir.
Orxan