
Araşdırmalar limonun yüksək vitamin, lif və antioksidan tərkibi ilə 41 meyvə arasında “ən sağlam meyvələrdən biri” olduğunu göstərib. Limonun immunitet sistemini gücləndirməkdən tutmuş maddələr mübadiləsini tənzimləməyə qədər bir çox faydası var.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, William Paterson Universitetinin alimləri çoxdan gözlənilən “Ən faydalı meyvə hansıdır?” sualına aydın cavab veriblər.
Hərtərəfli araşdırma, limonun yüksək vitamin, lif və antioksidan tərkibi ilə sağlamlıq baxımından ən çox fayda təmin edən meyvə olduğunu ortaya qoydu. Eyni zamanda 41 fərqli meyvə növünün qida dəyəri və kalori məzmunu ətraflı araşdırılıb. Nəticələr göstərdi ki, limon yalnız 100 kalori ilə bədənin ehtiyac duyduğu qidaların 100 faizini ödəyə bilir.
Limon bu xüsusiyyəti ilə immunitet sisteminin gücləndirilməsində, dəmirin mənimsənilməsinin artırılmasında, həzm sisteminin dəstəklənməsində və ürək-damar xəstəliklərinin qarşısının alınmasında mühüm rol oynayır.
Limonun sağlamlığa faydaları bununla məhdudlaşmır. Xüsusiyyətcə asidik olan limonlar metabolizə edildikdən sonra bədəni qələviləşdirir və pH balansını qorumağa kömək edir. Bu, ümumi maddələr mübadiləsini tənzimləmək və bağırsaq sağlamlığını yaxşılaşdırmaq deməkdir.
Araşdırma qrupu limon suyunun həyati əhəmiyyət daşıyan C vitamini mənbəyi olduğunu vurğuladı. Limon suyu içmək bu müalicəvi meyvəni gündəlik rasionunuza daxil etməyin ən asan yoludur. Bununla belə, mütəxəssislər acqarına limon suyunun qəbulunun diş minasını zədələyərək həssas mədələrdə diskomfort yarada biləcəyi barədə xəbərdarlıq edirlər.
Salatlarınıza, yeməklərinizə və ya şorbalarınıza limon suyu əlavə etməklə də faydalarını artıra bilərsiniz. Bundan əlavə, limon çayları, meyvə dəmləmələri və limonlu buz kubları kimi alternativlərə üstünlük verilə bilər.
Alimlərin izahatlarına görə limonun bu unikal sağlamlıq faydaları onu sağlam həyat üçün əvəzolunmaz meyvəyə çevirir.
Günel Həsənova