Cənubi Koreyada Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb

Cənubi Koreyada hərbi-dəniz təyyarəsi qəzaya uğrayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, qəzaya uğrayan təyyarədə 4 nəfərin olduğu bildirilib.

Cənubi Koreyanın yerli Yonhap Xəbər Agentliyi yanğından mühafizə orqanlarına istinadən xəbər verir ki, təyyarə ölkənin cənubundakı Pohang şəhərində qəzaya uğrayıb.

Təyyarənin dəniz qüvvələrinə məxsus təyyarə olduğu bildirilib.

Orxan

Gununsesi.info