
Ağdaşda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Gununsesi.info xəbər verir ki, hadisə rayonun Aşağı Ləki kəndi ərazisində qeydə alınıb.
“Mercedes” və “VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alan 2017-ci il təvəllüdlü Nihat Mütəllimov və 1995-ci il təvəllüdlü Şəfəq Mütəllimova xəstəxanaya çatdırılıblar.
Hadisə ilə bağlı araşdırma aparılır.