
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) verdiyi məlumata görə, yanvar ayından bəri Sudanın Xartum əyalətində 7700 vəba hadisəsi qeydə alınıb, onlardan 1000-dən çoxu beş yaşdan kiçik uşaqlardır.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, UNICEF yazılı açıqlamasında 15-25 may tarixləri arasında vəba hadisələrinin təxminən doqquz dəfə artdığını bildirib.
Yanvar ayından bu yana 1000-dən çoxunun 5 yaşdan kiçik uşaqlar olmaqla 7700-dən çox vəba hadisəsinin bildirildiyi bildirilən açıqlamada, “Xartum başda olmaq üzrə davam edən epidemiya səbəbiylə bir milyondan çox uşaq risk altındadır” deyib.
“Biz bu ölümcül xəstəliyin yayılmasını məhdudlaşdırmaq və insanların həyatını xilas etmək üçün Sudanın Səhiyyə Nazirliyi ilə koordinasiyalı şəkildə tərəfdaşlarımızla işləyirik”, – deyə məlumatda bildirilir.
Orxan