Skandinaviya ölkələri tədbir görür

Təxribat və müharibə ehtimalının artdığı bir vaxtda Skandinaviya ölkələri bir-bir tammiqyaslı müdafiə strategiyalarına üz tuturlar. Hökumətlər insanlardan ən azı yeddi gün davam edəcək qida və su ehtiyatı saxlamağı xahiş edir.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Norveçdə yerli hakimiyyət orqanları idarə etdikləri bələdiyyələri müharibəyə hazırlayırlar.

Hazırlıqlar çərçivəsində Soyuq Müharibə dövründən qalma bunkerlər təmizləndi, yeni peyk rabitə sistemi quruldu və münaqişə vəziyyətində Qərb qüvvələrinin yerləşdirilməsinə kömək etmək üçün ordu ilə birlikdə planlar hazırlandı.

Nordik ölkələrində hökumətlər müdafiə xərclərini artırır, təhlükəsizliyi yenidən qiymətləndirir və tam əhatəli müdafiə konsepsiyasını irəli sürür.

Tam əhatəli müdafiə bütün cəmiyyəti hərbi və qeyri-hərbi təhlükələrdən müdafiəyə səfərbər edən yanaşma hesab olunur.

Qərb rəsmiləri Rusiyanı təxribat, yandırma və kiberhücum kampaniyasının arxasında durmaqda ittiham edir. Avropanın ABŞ-yə tərəfdaş kimi etibar edib-etməyəcəyi ilə bağlı bütün qitədə narahatlıqlar var.

Orxan

Gununsesi.info