MİQ-ə sənəd qəbulu bu gün başa çatır

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi bu gün başa çatır.

Gununsesi.info xəbər verir ki, 2025-2026-cı tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi 29 may saat 11:00-da başa çatacaq.

Qeyd edək ki, qeydiyyat 22 mayda başlamışdü və müsabiqədə iştirak etmək istəyən şəxslər “Digital Login” əldə etdikdən sonra 29 may saat 11:00-dək www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.