Yerdə güclü maqnit qasırğası başladı

Yerdə G3 səviyyəli maqnit qasırğası başlanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

Bildirilir ki, Yerin maqnit sahəsinin həyəcanlanma dərəcəsi G3 səviyyəsindədir. G3 səviyyəsi Yerdə enerji sistemlərində problemlər yarada bilər. Həmçinin peyk və aşağı tezlikli radionaviqasiyada fasilələr, yüksək tezlikli radioəlaqədə pozuntular ehtimalı var.

Gununsesi.info