
Ağdam rayon sakini qida zəhərlənməsi nəticəsində həyatını itirib.
Gununsesi.info xəbər verir ki, hadisə rayonun Şurabad kəndində qeydə alınıb. Kənd sakini, 1986-cı il təvəllüdlü Əsədov Murad Oruc oğlu göbələk yedikdən sonra qəfil halı pisləşib.
O, dərhal Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.