
Goranboy rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.
Yolu keçmək istəyən Arif adlı orta yaşlı şəxsi avtomobil vurub. Xəsarət alan şəxs özəl xəstəxanalardan birinə yerləşdirilib. Vəziyyəti orta-ağırdır. Məlumat üçün bildirək ki, piyada Goranboy rayonunda elektrik ustası kimi çalışır.