Bakıda orta aylıq əməkhaqqı 1303,2 manata çatdı

2025-ci ilin yanvar-fevral aylarında əvvəlki ilə nisbətən Bakıda işçilərin orta aylıq nominal əməkhaqqı 5,9 faiz artıb.

Bakı Statistika İdarəsindən Gununsesi.info-ya verilən məlumata görə, paytaxtda orta aylıq əməkhaqqı 1303,2 manat olub.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqqları 1285,6 manat, özəl müəssisələrdə isə 1316,0 manat təşkil edib.

Gununsesi.info