
Milli Gimnastika Arenasında təşkil olunan minifutbol üzrə dünya çempionatında bu gün 1/4 final oyunları keçiriləcək.
Gununsesi.info xəbər verir ki, Azərbaycan millisi saat 20:30-da İngiltərə ilə üz-üzə gələcək.
Hər iki komanda bu mərhələyədək oxşar yol keçib.
Azərbaycan A qrupunu, İngiltərə isə C qrupunu 7 xalla lider kimi başa vurub. Hər iki kollektiv 1/8 finalda əsas vaxtda qalib gələ bilməyib. Azərbaycan Rumıniyanı penaltilər seriyasında 2:1 (əsas vaxt – 1:1), İngiltərə Bolqarıstanı 3:1 (əsas vaxt – 2:2) hesablı qələbə ilə üstələyib.
Azərbaycan – İngiltərə matçının qalibi yarımfinalda Monteneqro – Çexiya cütünün güclüsü ilə üz-üzə gələcək.
Dünya çempionatı
1/4 final
29 may
17:30. Macarıstan – Mavritaniya
19:00. Monteneqro – Çexiya
20:30. İngiltərə – Azərbaycan
22:00. Bosniya və Herseqovina – Serbiya
Qeyd edək ki, yarımfinal qarşılaşmaları mayın 30-da, 3-cü yer uğrunda və final oyunları isə iyunun 1-də olacaq.
Gununsesi.info