Musk Ağ Ev-dən gedir

Milyarder işadamı İlon Mask bildirib ki, Hökumətin Effektivlik Departamentində (DOGE) onun səlahiyyət müddəti başa çatır və o, “qeyri-effektiv” xərcləri azaltmaq imkanı yaratdığı üçün prezident Donald Trampa təşəkkür edir.

Gununsesi.info xəbər verir ki, “Zaman keçdikcə DOGE-nin missiyası daha da güclənəcək, çünki bu, bütün hökumət üçün həyat tərzinə çevriləcək”, – o, X platformasındakı paylaşımında bildirib.

Tramp Ağ evə qayıtdıqdan sonra Mask “xüsusi dövlət qulluqçusu” təyin edilib. Bu da ona 130 gün dövlət üçün çalışmağa imkan verib. Bu müddət mayın sonunda başa çatır.

 

Gununsesi.info