ABŞ çinli tələbələrə viza verməyəcək

ABŞ Çinli tələbələrə viza verməyəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio sosial şəbəkədə məlumat verib.

“ABŞ çinli tələbələr, o cümlədən Çin Kommunist Partiyasına bağlı olanlar və ya əsas sahələrdə təhsil alanlar üçün vizaları ləğv etməyə başlayacaq ” – deyə, o qeyd edib.

Rubio əlavə edib ki, ABŞ Honq-Konq da daxil olmaqla Çindən olan ərizəçilər üçün viza tələblərini dəyişəcək. Yeniliklər vizaların verilməsi zamanı daha hərtərəfli yoxlamaların aparılmasına kömək edəcək.

Gununsesi.info