Avropada da qohum evliliyi qadağandır

Avstriya hökuməti uşaq nikahlarını və əmioğlular arasında nikahları tamamilə qadağan etmək üçün düyməni basıb. Yeni qanun bu ilin avqustunda qüvvəyə minəcək.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, araşdırmalar irsi xəstəliklərin əhəmiyyətli bir hissəsinin qohum evliliklərindən qaynaqlandığını göstərsə də, dünya ölkələrində bununla bağlı aydın addımlar atılır.

Qeyd edək ki, Türkiyə dünyada qohum evliliklərinin ən çox yayıldığı ölkələr sırasındadır. İngiltərə və Norveçdən sonra Avstriya da bu mövzuda addımlar atıb.

Xüsusilə AB ölkələrində artan qaçqınların ardınca qohum evlilikləri Qərbdə, xüsusilə də Avropada ciddi problem olaraq görülməyə başlayıb.

Nikah yaşı da 16-dan 18-ə qaldırılıb

Avstriya hökumətinin Nazirlər Şurasının təsdiq etdiyi qanun layihəsinə görə, nikah üçün qanuni yaş həddi 16-dan 18-ə qaldırılır və əmiuşağı arasında nikahlara da hüquqi maneə qoyulur. Qanun layihəsi parlamentin alt komitəsində müzakirə olunacaq və daha sonra səsvermə üçün Milli Məclisə təqdim olunacaq.

Yeni qanun qüvvəyə mindiyi zaman yalnız 18 yaşdan yuxarı şəxslər evlənə biləcək və əmioğlu kimi yaxın qohumlar arasında nikahlar da qadağan ediləcək.

Günel Həsənova

Gununsesi.info