
Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı həmkarı Marko Rubio ilə telefonda Ukrayna böhranını müzakirə edib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, Lavrovla Rubio arasında telefon danışığı olub.
Ukrayna böhranının müzakirə edildiyi görüşdə Lavrov Rubioya Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında mayın 19-da əldə olunmuş razılaşmaların icrası və Rusiya tərəfinin Ukrayna ilə İstanbulda danışıqların yeni mərhələsi üçün hazırladığı təkliflər barədə məlumat verib.
Rubio həmçinin Trampın Ukrayna böhranına son qoymağı hədəflədiyini və Vaşinqtonun tərəflərin mövqelərinin yaxınlaşması üçün dəstək verməyə hazır olduğunu bildirib.
Cari məsələlərin də müzakirə olunduğu görüşdə tərəflər Rusiya və ABŞ xarici işlər nazirlikləri arasında konstruktiv və qarşılıqlı hörmət əsasında dialoqu davam etdirmək əzmində olduqlarını bir daha təsdiqləyiblər.
Rusiya Ukraynaya danışıqların yeni mərhələsini iyunun 2-də İstanbulda keçirməyi təklif etmişdi.
Orxan