Azərbaycanlı və gürcü xanım şairlərin şeirlər toplusu nəşr olunacaq

Azərbaycan və gürcü xanım şairlərin əsərlərindən ibarət kitabın nəşri üzərində iş aparılır.

Gununsesi.info xəbər verir ki, bu barədə Gürcüstan Yazıçılar Evinin direktoru Ketevan Dumbadze Tbilisidə keçirilən XXVII Beynəlxalq Kitab Festivalı çərçivəsində “Azərbaycanda kitab mədəniyyəti” mövzusunda təşkil olunan panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, ikidilli topluya beş nəfər azərbaycanlı və beş nəfər gürcü müəllifin əsərlərinin daxil edilməsi nəzərdə tutulub.

K.Dumbadze deyib ki, işıq üzü görəcək nəşr Gürcüstan-Azərbaycan ədəbi və yaradıcılıq əlaqələrinin inkişafı yolunda uğurlu addım olacaq.

O, həmçinin qeyd edib ki, Gürcüstan bu ilin oktyabrında Bakıda keçiriləcək Beynəlxalq Kitab Sərgisində təmsil olunmağı planlaşdırır.

Gununsesi.info