Neftimiz bahalaşdı

Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb.

Gununsesi.info xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,35 dollar, yaxud 2,03 % artaraq 67,78 dollar olub.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

 

 

Gununsesi.info