
Xəbər verdiyimiz kimi, Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən təqsirləndirilən şəxs qismində istintaqa çağırılan blogerlər Tural Sadıqlı, Orduxan Teymurxan (Bəbirov) və Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev barəsində təqdimatlara baxılıb.
Məhkəmə təqdimatları təmin edib və onlar barəsində qiyabi həbs qərarı verilib.
Gununsesi.info – nun əldə etdiyi məlumata görə, haqqında həbs qərarı verilən blogerlərdən biri də Qurban Məmmədovdur.
Qeyd edək ki, o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2, 214-2, 12.1, 34.2, 281.2, 284.2-ci maddələri ilə təqsirləndirilir.