
Milli Məclisin deputatı Səyyad Salahlı Saatlı rayonu Qaralar kəndində şəhid Şıxıyev Səyyad və Səfərov Oktayın ailə üzvləri ilə görüşüb.
Bu barədə Gununsesi.info-ya deputatın ofisindən verilən məlumatda bildirilir.
Görüşdə Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının əməkdaşları, şəhidlərin ailə üzvləri iştirak edib. Deputat görüş zamanı şəhid ailələrinin qayğıları ilə maraqlanıb, onları narahat edən məsələləri nəzarətə götürüb.Səyyad Salahlı diqqətə çatdırıb ki, şəhidlərin xatirəsinə ehtiram, onların ailələrinə və qazilərə qayğı hamımızın vətəndaşlıq borcudur. Xalqımız heç zaman Vətən müharibəsi şəhidlərini unutmayacaq, onların ailələrini və qazilərimizi hər zaman uca tutacaqdır.
Qeyd edək ki, həmçinin Vətən müharibəsində Şəhidlik zirvəsinə yüksələn Əhmədli Şahid Gülməmməd oğlunun şəhadətə ucalmasının dördüncü ildönümü münasibəti ilə təşkil olunan mərasimdə iştirak edib, ruhuna dualar oxuyublar.