
ABŞ-Çin münasibətləri dünyanın gələcəyi və bəşəriyyətin rifahı ilə bağlıdır.
Gununsesi.info xəbər verir ki, bu barədə Çin prezidenti Si Cinpin ABŞ-Çin Münasibətləri üzrə Milli Komitəyə göndərdiyi məktubda bildirib.
“Çin-ABŞ münasibətləri iki xalqın rifahı və bəşəriyyətin gələcək taleyi ilə bağlı dünyanın ən mühüm ikitərəfli münasibətlərindən biridir”– deyə Çin lideri yazıb.
Birdilib ki, Pekin Vaşinqtonla münasibətlərdə həmişə qarşılıqlı hörmət və qarşılıqlı faydalı mövcudluq prinsipindən çıxış edir.
“Hər iki ölkə bir-birinin inkişafına töhfə verməli, maneə yaratmamalıdır”, – deyə o vurğulayıb.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərbi ABŞ-ın Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) ölkələrini Rusiya və Çinə qarşı qoymaq cəhdində ittiham edib.