
Hazırda həbsdə olan hüquq müdafiəçisi Anar Məmmədlinin səhhətində problem yaranıb.
Bu barədə Gununsesi.info-ya Anar Məmmədlinin vəkili Elçin Sadıqov deyib.
Onun sözlərinə görə, Anar Məmmədlinin səhhəti günü-gündən pisləşir.
“Onun müayinə olunması, analizlər alınması, yoxlanılması və müalicəsi ilə bağlı etdiyimiz müraciətlərin heç bir nəticəsi yoxdur”.
Qeyd edək ki, Anar Məmmədli “”Abzasmedia” İşi” üzrə həbs edilib.
Afət
Gununsesi.info