11-ci sinif şagirdi intihar etdi

Astarada məktəbli intihar edib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Siyakü kəndində baş verib.

Həmin kənddəki orta məktəbin 11-ci sinif şagirdi 2007-ci il təvəllüdlü M.Qəmxarov həyatına qəsd edib.

Bu gün səhər saatlarında anası 17 yaşlı oğlunun otağında olmadığını görərək axtarmağa başlayıb və özünü evlərinin həyətindəki yardımçı tikilidən asdığını görüb.

Faktla bağlı araşdırma aparılır.

 

 

Gununsesi.info