
Türkiyənin Malatya vilayətində 5,9 maqnitudalı zəlzələ baş verib.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi yayıb.
Malatyanın Kale bölgəsində qeydə alınan zəlzələ Diyarbəkir, Elazığ, Kahramanmaraş, Tokat və Adıyamanda da hiss olunub.
Dağıntı və tələfat barədə hələ məlumat verilməyib.