Avropa Məhkəməsi Norveç hökuməti əleyhinə qərar verib

Avropa İnsan Hüquqları Məhkəməsi Norveç əleyhinə qərar qəbul edib.

Gununsesi.info-nun xəbərinə görə, “Haugen Norveçə qarşı” adlı  işdə Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsinin (yaşamaq hüququ) pozulması və
13-cü maddənin (effektiv müdafiə vasitəsi hüququ) pozulması araşdırlıb.
İş Oslo həbsxanasında olarkən cənab Haugenin oğlunun intiharı ilə bağlı olub.

Bildirilir ki, psixi sağlamlıq problemləri və intihar riski olduğu iddia edildi.

Məhkəmə belə nəticəyə gəlib ki, Norveç hakimiyyəti ənab Haugenin oğlunun həyatını qorumaq üçün gözlənilən hər şeyi etməyib.

Məhkəmə Norveç hökumətinin ailəyə təzminat ödəməsi barədə də qərar verib.

Bu, Norveçə qarşı 2-ci maddənin ilk dəfə pozulmasıdır.
Cənab Haugenin oğlu X (1977-ci il təvəllüdlü) 2019-cu ildə məcburi psixi müalicəyə məhkum edilmişdi. O, psixoz vəziyyətində adam öldürməyə cəhddən və digər cinayət əməllərindən sonra məcburi müalicəyə göndərilib.

Sonradan o, intihar edib.

 

Afət Abbasova

Gununsesi.info