Livanda şəhər meri İsrailin hücumu nəticəsində həlak olub

İsrailin hava hücumu nəticəsində Livanın cənubundakı Nəbatiyyə qəsəbəsində bələdiyyə sədri də daxil olmaqla 7 nəfər həlak olub.

Gununsesi.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, İsrail qırıcıları Nəbatiyyəyə kütləvi hücuma keçiblər. Şəhərin mərkəzi və ətrafdakı bir neçə yaşayış binası raketlərlə vurulub.

M0əlumata görə, mer Əhməd Xeyl və humanitar yardımın toplandığı şəhər meriyasının binasında olan altı işçi həlak olub.

Qeyd edək ki, oktyabrın 14-də İDF Livan Hizbullah qruplaşmasının Radvan tank əleyhinə bölməsinin komandiri Məhəmməd Kamiya Naim-in Nəbatiyyədə öldürüldüyünü bildirib.

İsrail ordusunun məlumatına görə, o, mülki şəxslərə qarşı çoxsaylı hücumların, o cümlədən tank əleyhinə raketlərlə hücumların planlaşdırılması və icrasına cavabdeh olub.

Qeyd edək ki, oktyabrın 16-da İDF Hizbullahın Beyrutdakı strateji silah anbarına zərbələr endirilib.

 

 

Gununsesi.info