Qrapplinqçilərimiz Dünya çempionatında - 1 qızıl, 6 gümüş və 2 bürünc medal - VİDEO - FOTO

  • By Günel
  • 14 Oktyabr 2024 22:20

Qrapplinqçilərimiz 7-12 otyabr 2024-cü il tarixlərində Qazaxıstanın Astana şəhərində U15,  U17, U20, Böyüklər və veteranlar arasında baş tutan Dünya çempionatında 9 medal qazanıb.

Gununsesi.info xəbər verir ki, U15 yaş qrupunda Abdulov Hacıəbdül bürünc, U17 yaş qrupunda Əliyeva Aysu qrapplinq növündə gümüş, Qrapplinq Gi versiyasında isə bürünc medala sahib olublar.

Veteranlardan 62 kq çəki dərəcəsində Məmmədov Səbuhi hər iki versiyada gümüş, U20 yaş qrupundan olan Əsgərov Elman və Verdiyev Emil isə gümüş medal qazanıb.

Böyüklərdən Bağırov Fərhad ilk görüşündə Ermənistan sonra Kanada, Polşa və finalda Ukrayna idmançısı üzərində qələbə qazanaraq dünya çempionu olub.

Purtiyev Hacımurad isə Dünya ikincisi olaraq gümüş medal qazanıb.

Gununsesi.info