Astarada tələbənin meyiti tapıldı

Astarada kollec tələbəsinin meyiti tapılıb.

Gununsesi.info  Apa-ya istinadən məlumat verir ki, hadisə rayonun Təngərüd kəndində baş verib. Kənd sakini 2007-ci il təvəllüdlü Məhəmmədəli Şamil oğlu Qəmxarovun meyiti yaşadığı evdə aşkarlanıb.

Qeyd edək ki, 17 yaşlı gəncin intihar etdiyi bildirilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

 

 

Gununsesi.info