Tayvan risk etsə məhv ediləcək

Çin Taypeyi geri qaytarmaq üçün güc variantından heç vaxt imtina etməyəcək və “Tayvan risk etsə,” tamamilə məhv ediləcək.

Gununsesi.info xəbər verir ki, bunu Çin Xalq Respublikası Dövlət Şurası yanında Tayvan İşləri İdarəsinin sədri Çen Binhua deyib.

“Pekin son ​​dərəcə səmimiyyət və tam qətiyyətlə sülh yolu ilə birləşməyə səy göstərməyə hazır olduğunu bildirir. Lakin biz heç vaxt güc tətbiqindən imtina etməyi öhdəsinə götürməyəcəyik”, – deyə o, xəbərdarlıq edib.

Bundan əvvəl Çinin Şərqi Döyüş Komandanlığının sözçüsü Li Si bildirib ki, Xalq Azadlıq Ordusu Tayvan ətrafında “Birgə Qılınc 2024B” hərbi təlimini başa çatdırıb.

O, həmçinin vurğulayıb ki, təlimlər “Çin ordusunun bütün qollarının birgə hərəkətləri üçün yüksək potensialı” nümayiş etdirib.

 

 

Gununsesi.info