
Gələn il dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri 8 396 297 596,0 manat olacaq.
Gununsesi.info xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən,
– müdafiə qüvvələri – 2 665 277 196,0
– milli təhlükəsizlik – 467 917 873,0
– sərhəd xidməti – 540 314 143,0
– müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar – 5 359 711,0
– müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər – 4 717 428 673,0
– xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər 4 580 000 000,0.