
ABŞ Koreya yarımadasında münaqişə riskini əhəmiyyətli dərəcədə artıran yeganə ölkədir.
Gununsesi.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova öz Telegram kanalında yazıb.
Zaxarova vurğulayıb ki, Birləşmiş Ştatlar özünün klassik texnikasından istifadə edib – bu, vəziyyətin gərginləşməsinə səbəb olub və baş verənlərə görə məsuliyyət iştirak edən tərəflərin üzərinə keçib.
“Həm Koreya yarımadasında, həm də bütövlükdə Asiya-Sakit okean regionunda münaqişə riskini həqiqətən artıran yeganə ölkə ABŞ-dır”– deyə o, vurğulayıb.
Bundan əvvəl KXDR müdafiə nazirinin müavini Kim Qanq İl bildirib ki, Şimali Koreya ABŞ-ın Koreya yarımadasının cənubundakı hərəkətlərinə cavab olaraq gözlənilməz strateji tədbirlər görmək hüququnu özündə saxlayır.