Yeniyetmələr üçün sosial media qadağası sosial izolyasiyaya səbəb olacaq

Avstraliyada uşaqlar üçün sosial medianın qadağan edilməsi yeniyetmələrin sosial təcrid olunmasına səbəb ola bilər.

Gununsesi.info xəbər verir ki, Reuters müsahibə verən ekspertlərə istinadən yazır.

Sentyabr ayında Avstraliya hakimiyyəti yeniyetmələr arasında sosial şəbəkələrdən istifadəyə qadağa hazırladıqlarını açıqlamışdı.

Baş nazir Entoni Albanese deyib ki, qadağa uşaqları təkcə onlayn təhlükələrdən qorumayacaq, həm də onlara “real həyat təcrübəsi qazanmağa” kömək edəcək. Məhdudiyyətlər 14-16 yaş arası yeniyetmələri əhatə edə bilər.

Hüquqları müdafiəçiləri xəbərdarlıq ediblər ki, qadağa həssas gənclərin sosial şəbəkələrini azaldacaq.

Bunun əvəzinə, onlar texnoloji platformaları yeniyetmələrin sosial media ilə təhlükəsiz qarşılıqlı əlaqədə olmasını təmin etmək üçün daha yaxşı iş görməyə çağırırlar.

Ekspertlər deyir ki, bundan əlavə, miqrantlar da daxil olmaqla, azlıqda olan yeniyetmələr üçün yaş maneələri onların lazımi sosial dəstəyə çıxışına mane ola bilər.

Qadağanın əsas tərəfdarı Baş nazir Albanesedir. O, qeyd etmişdir ki, Avstraliyadakı valideynlər “övladlarının telefonlarını götürüb futbol sahəsinə çıxmasını istəyirlər, mən də istəyirəm. Valideynlərin əksəriyyətinin istəyi ReachOut gənclər xidmətinin sorğusu ilə təsdiqlənir, nəticədə avstraliyalı yeniyetmələrin valideynlərinin 60%-dən çoxu övladlarının sosial şəbəkələrdən istifadə etməsindən narahat olduqlarını bildiriblər.

 

 

Günel

Gununsesi.info