
İsrail Hərbi Hava Qüvvələri Yəməndən İsrail ərazisinə doğru raket buraxılışı aşkar edib və hava hücumundan müdafiə sistemləri təhlükənin qarşısını almaq üçün çalışır.
Gununsesi.info xəbər verir ki, bu barədə IDF Telegram kanalı məlumat yayıb.
Əhalidən Daxili Qoşunlar Komandanlığının göstərişlərinə əməl etmələri xahiş olunur.
Yəməndən atılan mərmidən sonra İsrailin bir sıra bölgələrində sirenlər səslənib. Təfərrüatlar araşdırılır.
Günay