Ərdoğan Səməd Vurğunun “Azərbaycan” şeirini səsləndirdi - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Laçında 28 May – Müstəqillik Gününə həsr olunan konsertdən əvvəl çıxışı zamanı Xalq şairi Səməd Vurğunun şeirindən parça səsləndirib.
Gununsesi.info xəbər verir ki, Ərdoğan şeiri səsləndirmədən öncə çıxışında “Biz həmişə Azərbaycanın yanında olacağıq. Rəbbim Azərbaycan-Türkiyə qardaşlığını daim etsin!” – deyib.