İranın cənub-şərqində 5,1 bal gücündə zəlzələ baş verib

İranın cənub-şərqindəki Kirman əyalətində 5,1 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İranın Milli Seysmoloji Mərkəzinin məlumatına görə, episentri Jirovt rayonunun Boluk qəsəbəsində olan 5,1 bal gücündə zəlzələ yerli vaxtla saat 01:00-da qeydə alınıb.

Zəlzələnin 8 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.

İranın rəsmi xəbər agentliyi İRNA yerli rəsmilərə istinadən xəbər verib ki, bölgəyə qruplar göndərilib və indiyədək heç bir dağıntı qeydə alınmayıb.

 

 

 

Orxan

Gununsesi.info