
Prezident Vladimir Zelenski G7 sammitinə dəvət aldığını təsdiqləyib.
Gununsesi.info Ukrinform-a istinadən xəbər verir ki, dövlət başçısı jurnalistlərlə söhbətində bildirib:
“G7-yə Kanadanın baş naziri Mark Karni dəvət etmişdi, o, sədrdir. Mən də orada olacağam. Aİ sammitində isə düşünürəm ki, bu və ya digər formatda iştirak edəcəyəm, amma rəsmi çağırış yoxdur.”
NATO sammiti ilə bağlı isə Zelenski qeyd edib ki, Alyansın baş katibi Mark Rutte Ukraynanın orada iştirakını çox istədiklərini bildirib. “Ukraynanın hansı formatda təmsil olunacağını anlamaq vacibdir. NATO ilə bağlı müxtəlif siqnallar var,” — deyə o əlavə edib.
Qeyd olunur ki, iyunda Haaqada keçiriləcək NATO sammitinə Zelenskinin dəvət alıb-almaması hələlik məlum deyil, lakin o, ehtimal ki, NATO-nun müdafiə sənayesi forumunda iştirak edəcək.
Hollandiyanın müdafiə naziri isə ölkəsinin Zelenskini sammit proqramına daxil etmək üçün imkanlar axtardığını bildirib.
Bundan başqa, məlum olub ki, Trampın təklifi ilə NATO sammiti üçün mini bəyannamə hazırlanır, ehtimal ki, Ukraynanın adını çəkmədən.
Şəbnəm