Mübariz Mənsimovdan Müstəqillik Günü təbriki - "PALMALİ"DƏ BU DƏFƏ DƏ AZƏRBAYCAN BAYRAĞI DALĞALANDIRILIB

Türkiyədə çalışan Azərbaycan əsilli iş adamı, Palmali Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov Azərbaycan xalqını 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.

Gununsesi.info həmin təbriki təqdim edir:

“28 May — Müstəqilliyimiz, Qürurumuz, Gücümüz!

Bu gün Azərbaycanın dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir — Müstəqillik Günüdür!
Və bu əziz gündə xalqımızın qəlbindəki qüruru qat-qat artıran daha bir tarixi hadisə baş verir: işğaldan azad olunmuş müqəddəs Laçında üçüncü beynəlxalq hava limanımızın rəsmi açılışı!

Bu, yalnız bir infrastruktur layihəsi deyil — qayıdışın, suverenliyin, inkişafın və qələbənin rəmzidir!

Azərbaycan Prezidenti İlham Əliyev, qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan və dost Pakistanın Baş naziri Şahbaz Şərifin iştirakı ilə keçirilən bu açılış həm də birliyin, qardaşlığın və beynəlxalq həmrəyliyin simvoludur.

Laçın səmasında bu gün ucalan hər təyyarə əsrlərin sınağından çıxan xalqımızın azadlıq, müstəqillik və vətən sevgisinin səsidir!

Yaşasın Azərbaycan!
Yaşasın Müstəqilliyimiz!
Yaşasın Azad Qarabağ!”

 

 

@gununsesi.info

Mübariz Mənsimovdab 28 May təbriki

♬ оригинальный звук – Gununsesi.info

Gununsesi.info